Məzənnə Bürclər Hava Qəzet Bölmələr
Siyasət İqtisadiyyat Cəmiyyət Dünya Müharibə İdman Mədəniyyət Qəzet Digər
Şəhid ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medallar təqdim olundu

0

  •          Ərazilərimizin işğaldan azad olunması uğrunda aparılan hərbi əməliyyatlarda iştirak edərək igidlik və şücaət göstərmiş, vəzifə borcunu ləyaqətlə və vicdanla, döyüş tapşırıqlarını uğurla yerinə yetirmiş Silahlı Qüvvələrimizin hərbi qulluqçuları və şəhidlər Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərəncamları ilə müxtəlif orden və medallarla təltif olunublar.        Xocalı rayon İcra Hakimiyyətinin Akt zalında Xocalı rayon icra Hakimiyyətinin və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin təşkilatçılığı ilə Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə yüksəlmiş Xocalı igidlərinin ailələrinə və Vətən müharibəsi iştirakçılarına orden və medalların təqdimetmə mərasimi keçirildi.    Tədbirdə Xocalı rayon İcra Hakimiyyəti başçısının vəzifəsini müvəqqəti icra edən, Sosial-iqtisadi inkişafln təhlili və proqnozlaşdırlması şöbəsinin müdiri Vahid Əliyev, İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Lamiyə Qarayeva, rayon İcra Hakimiyyəti Aparatının digər məsul şəxsləri, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocalı rayon şöbəsinin əməkdaşları, şəhid ailələri və Vətən Müharibəsi iştirakçıları iştirak etdilər.       Əvvəlcə torpaqlarımızın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhu bir dəqiqəlik sükutla yad edildi.         Tədbirdə çıxış edən natiqlər bildirdilər ki, Vətən Müharibəsində qazandığımız Şanlı Zəfərimiz Azərbaycanın hərb tarixinə qızıl hərflərlərlə yazılıb. Torpaqlarımızın işğaldan azad edilməsi Cənab Prezidentimizin qətiyyətli siyasəti, Müzəffər Ordumuzun gücü, xalqımızın həmrəyliyi nəticəsində mümkün oldu. Bu gün Silahlı Qüvvələr Gününü Qalib Ordunun əsgəri, qüdrətli dövlətin vətəndaşı kimi qeyd edirik.         Sonra şəhidlərin valideynlərinə, ailə üzvlərinə və döyüşçülərə orden və medallar təqdim edildi.        Şəhid ailələri və Vətən müharibəsi iştirakçıları onlara göstərilən dövlət qayğısına görə Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə minnətdarlıqlarını bildirdilər. 
    Xəbər sayılacaq dərəcədə ciddi hadisələri çəkib bizə göndərin yayımlayaq.

    WhatsApp'dan göndər

    BölməÜmumi
    KateqoriyaSiyasət
    Yerləşdirdi
    Yerləşdirildi3 il öncə
    İzlənib47 dəfə
    Şəhid ailələrinə Vətən müharibəsi iştirakçılarına orden medallar təqdim olundu

    Maraqlı gələ bilər
    45
    42
    49